22 iyun 2011 12:20
Azərbaycan millisi 5 illik sindroma son qoydu
Azərbaycanın boks üzrə yığma komandası 5 illik sindroma son qoyub. Azerisport.az xəbər verir ki, Azərbaycan boksçuları sonuncu dəfə Avropa çempionatında 2006-cı ildə bu cür uğurla çıxış etmişdilər.
Bolqarıstanın Plovdiv şəhərində keçirilən qitə çempionatında dəri əlcək ustalarımız 4 medal qazanmışdılar. Samir Məmmədov (51 kq), Şahin İmranov (57 kq), Rahib Bəylərov (75 kq) gümüş, Elçin Əlizadə (91 kq) isə bürünc medal əldə etmişdilər. Ötən il Moskvada keçirilən Avropa çempionatında isə Elvin Məmişzadə yalnız finalda uduzaraq, gümüş mükafata sahib olmuşdu.
