22 iyun 2011 00:54
AÇ-də 3 medalımız təmin olundu, qaldı əyarı (YENİLƏNİB)
Türkiyənin Ankara şəhərində boks üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan yığmasının 4 üzvü rinqdəki bacarığını nümayiş etdirmək hüququ qazanıb.
40 ölkənin 250-dək boksçusunun mübarizə apardığı turnirdə bu gün 1/4 final mərhələsinin oyunları keçiriləcək ki, Salman Əlizadə (49 kq), Heybətulla Hacıəliyev (64 kq), Rahib Bəylərov (75 kq) və Teymur Məmmədov (91 kq) yarımfinala çıxmağa çalışıb.
Boksçularımızdan ilk olaraq 49 kq çəki dərəcəsində yarışan Salman Əlizadə rinqə çıxıb. Onun rəqibi fransalı Jeremi Bekku idi. Təmsilçimiz 26:19 hesabıyla qalib gələrək, adını növbəti mərhələyə yazdırıb. Yarımfinala vəsiqə qazanması isə onun ən azı bürünc medalı təmin etməsi anlamına gəlir.
64 kq çəki dərəcəsində yarışan Heybətulla Hacəliyev Də İsveçi təmsil edən Türk əsilli Entoni Yigitlə qarşılaşmada onu 18:14 hesabıyla məğlub etməklə eyni hüquqa yiyələnib. Yarımfinalda o, irland Raymond Moyletlə qarşılaşacaq.
75 kq-da mübarizə aparan Rahib Bəylərovun rəqibi yerli idmançı Adem Kılıccı olub və təmsilçimiz rinqi məğlub tərk edərək, mübarizəni dayandırıb.
Teymur Məmmədova gəlincə, yarımfinala vəsiqə üçün onun rəqibi rusiyalı Abdulhəmid Nurməhəmmədov idi. O da rəqibini 23:21 hesabıyla məğlub etməklə yarımfinala vəsiqə və ən azı bürünc medalı təmin edə bilib.
