21 iyun 2011 12:46

Azərbaycanın protesti nəticəsiz qaldı

Boks üzrə Avropa çempionatında 60 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Elvin İsayev 1/8 finalda türkiyəli Fatih Keleşə 23:24 hesabı ilə məğlub olduqdan sonra Azərbaycan tərəfi protest verib. Azerisport.az xəbər verir ki, döyüşün 2-ci raundundan sonra hesab heç-heçə olub.
 
3-cü hissədə isə üstünlük İsayevin tərəfində olsa da, hakimlər yerli idmançının 1 xal fərqi ilə qələbəsini qeydə alıblar. 2-ci raundda rinq hakimi boksçumuza xəbərdarlıq edib ki, bu da rəqibə 2 xal gətirib. Üçüncü hissədə Keleş daim mübarizədən yayınsa da, hakim ona xəbərdarlıq etməyib. Protestə AİBA-nın icraçı direktoru Xo Kim, Avropa Boks Federasiyasının (EUBC) prezidenti Umberto Furqoni,  Avropa çempionatının texniki deleqatı Kisan Narşi, EUBC İcraiyyə komitəsinin üzvü Derenik Qabrielyan və Macarıstan Boks Federasiyasının prezidenti Şandor Çotoni bağlı qapılar arxasında baxıblar. 1 saatdan çox davam edən müzakirələrdə döyüşün kasetinə təkrar-təkrar baxılıb. Qeyd edək ki, Türkiyə Boks Federasiyasının bir çox üzvləri qeyri-rəsmi söhbətdə İsayevin qalib gəldiyini etiraf ediblər. Müzakirələr başa çatdıqdan sonra Kisan Narşi əvvəlcə Türkiyə Boks Federasiyasının prezidenti Eyyub Gözgəci təklikdə qəbul edib və qərarı onun nəzərinə çatdırıb. Daha sonra isə Azərbaycan nümayəndə heyyətinin üzvünə protestin qəbul edilmədiyi və iyunun 21-də bu barədə yazılı açıqlama veriləcəyi söylənilib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.