21 iyun 2011 16:02
Azərbaycan millisinə səfir dəstəyi
Türkiyənin Ankara şəhərində keçirilən boks üzrə Avropa çempionatının döyüşlərini Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov da izləyib. Azerisport.az xəbər verir ki, o, dünən axşam saatlarında Rahib Bəylərov və Fərid Paşayevin görüşlərinə baxıb.
Səfir idmançılarımızın çıxışlarını Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovla birgə izləyib.
