20 iyun 2011 22:28
Millimizin üzvü AÇ-də 1/4-ə çıxdı (YENİLƏNİB)
Türkiyənin Ankara şəhərində boks üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan yığmasının daha 4 üzvü rinqdəki bacarığını nümayiş etdirmək hüququ qazanıb.
40 ölkənin 250-dək boksçusunun mübarizə apardığı turnirin dördüncü günündə Elvin İsayev (60 kq), Heybətulla Hacıəliyev (64 kq), Rahib Bəylərov (75 kq), Fərid Paşayev (+91 kq) rinqdəki bacarığını göstərmək imkanı əldə edib.
Elvin İsayev (60 kq) türkiyəli Fatih Keleşlə görüşüb və minimal hesablı fərqlə rəqibinə uduzub - 23:24.
75 kq-dakı təmsilçimiz Rahib Bəylərov isə litvalı Vladimir Milevskini rinqdən məğlub yola salmağa nail olub - 22:14.
91 kq-dan artıq çəkidə yarışan Fərid Paşayev isə serbiyalı Milutin Stankoviçə yerini göstərməyə çalışsa da, buna nail ola bilməyib və mübarizəni dayandırıb.
64 kq-dakı Heybətulla Hacıəliyev isə 1/8 finalda çexiyalı Zdenek Çladekə 22:11 hesabıyla qalib gələrək, adını 1/4-ə yazdırıb.
