20 iyun 2011 14:12
Avropa çempionatında yeni xal sistemi
Boks üzrə Avropa çempionatında ilk dəfə olaraq, yeni xal sistemindən istifadə olunur. Azerisport.az xəbər verir ki, döyüş gedən ərəfədə tabloda hansı idmançının hesabda öndə olması bilinmir. Yalnız raundlar yekunlaşdıqdan sonra tabloda xallar göstərilir.
Bundan başqa artıq hakimlər əksər zərbələrə xal verirlər. Bu səbəbdən də bir çox döyüşlərdə 30-40 zərbə qeydə alınır. Əvəllər isə bəzən döyüşlər hətta 1:0, 2:1 hesabları ilə də yekunlaşırdı. Qeyd edək ki, Ankarada keçirilən Avropa çempionatında ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edir.
