20 iyun 2011 13:52
Millimizin üzvü: Moldova təmsilçisi ilə düşməyimi istəyirdim
Boks üzrə Avropa çempionatında ilk görüşünü qələbə ilə başa vuran Heybətulla Hacəliyev (64 kq) növbəti mərhələdə çexiyalı Berzoi Çladeklə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü Çladekin onun üçün çətin rəqib olduğunu bildirib:
“İstərdim ki, Moldova idmançısı çexiyalını məğlub etsin. Çünki Moldova təmsilçisi mənə daha uyğun rəqibdi. Çladek kimi boksçularla döyüşmək isə çətindi. Amma bu Avropa çempionatıdı. Hər mərhələdə get-gedə rəqiblər güclənir”.
Xatırladaq ki, Hacəliyev qitə çempionatında ilk qələbəsini latviyalı Artur Axmetov üzərində qazanmışdı – 21:12. Boksçumuz ilk raundda bir qədər çətinlik çəkdiyini sonradan isə üstünlüyü ələ aldığını söyləyib: “Birinci raundda döyüşə tam uyğunlaşa bilmədim. Amma sonradan rəqibin döyüş üslubunu tam anladım və üstünlüyü ələ aldım”.
