19 iyun 2011 13:00
Yığmamızın üzvü: Ondan heç də zəif deyiləm
Boks üzrə milli komandamızın üzvü Osman Əliyev (69 kq) ölkəmizin şərəfini qoruduğu Avropa çempionatının ikinci mərhələsində Rusiya yığmasını təmsil edən İslam Yedisultanovu məğlub edə biləcəyini söyləyib. Azerisport.az xəbər verir ki, o, Yedisultanovun zəif və güclü tərəflərini yaxşı bildiyini söyləyib:
“Onunla Çexovdakı təlim-məşq toplanışında döyüşmədik. Ancaq Kislavodskda bir yerdə məşq edirdik. Və mən hazırlıq görüşlərində onu üstələyirdim. Yedisultanovu gərək daim təzyıq altında saxlayasan. Belə boksçuya qarşı əks-hücumlarda işləmək mümkün deyil. Gərək o hər zaman təzyiqi hiss etsin. Onun əsas zəif cəhəti məhz budu”.
Osman Əliyev rəqibi məğlub edəcəyinə inanır: “Ondan heç də zəif deyiləm. İnanıram ki, rusiyalı boksçunu məğlub edərək növbəti mərhələyə vəsiqə qazanacam”.
Maraq üçün xatırladaq ki, Əliyev ilk mərhələdə sloveniyalı Elvin Bruliçlə qarşılaşıb və rəqibini aşkar fərqlə üstələyib - 21:4.
