18 iyun 2011 17:21
AÇ-də qızıl qazan, Telman İsmayılovun otelində istirahət et
Boks üzrə Türkiyə milli komandası hazırda Ankarada davam edən Avropa çempionatında uğurla çıxış edərsə, həmyerlimiz Telman İsmayılova məxsus 7 ulduzlu “Mardan Palace” otelində dincələcəklər. Azerisport.az xəbər verir ki, yığmanın düşərgəsinə gələn Türkiyə Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü Mustafa Koçinoğlu qızıl medal qazanan idmançıları şəxsi hesabına Antalyaya istirahətə aparacağını deyib.
Koçinoğlu yerli azarkeşləri boksçulara dəstək olmağa çağırıb: “Mən bu komandaya inanıram. Millimiz üçün azarkeş dəstəyinin böyük önəmi var. Paytaxt sakinləri bizi tək buraxmasınlar”.
Koçinoğlunun istəyinə baxmayaraq, Ankara idmansevərlərinin Avropa çempionatına marağı çox azdır. Ankara Spor Salonunun tribunalarının əksəriyyəti demək olar ki, boş olur.
