18 iyun 2011 16:20
Elvin İsayev: Hakimlərin də onlara müəyyən simpatiyası olur
Boks üzrə Avropa çempionatına qələbə ilə başlayan Elvin İsayev ilk görüşün çətin keçdiyini deyib. Azerisport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Latviya nümayəndəsi Artyom Latvası 1 xal fərqlə məğlub edib:
“Hər zaman mənim ilk döyüşlərim ağır alınır. Növbəti görüşlərdə isə özümü daha yaxşı hiss edirəm. Amma nəzərə almaq lazımdır ki, rəqibim də kifayət qədər təcrübəli idmançı idi. Növbəti mərhələdə Türkiyə boksçusu Fatih Keleşlə döyüşüm də ağır olacaq. Aydın məsələdir ki, həmişə yerli idmançılara qarşı mübarizə aparmaq çətin olur. Çünki hakimlərin də onlara müəyyən simpatiyası olur. Amma yerli boksçuların da çətinliyi var. Rəqibim rinqə böyük təzyiq altında çıxacaq. Yalnız qələbə qazanmaq haqda düşünəcək. Bu isə mənə əlavə üstünlük verə bilər”.
