17 iyun 2011 16:48
Ağacan Abiyev: Hər şeyi rinq göstərəcək
Avropa çempionatının püşkatma mərasimindən sonra Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, millət vəkili Ağacan Abiyev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, püşkün normal keçdiyini, həmişəki kimi bəzi idmançılara güclü, bəzilərinə isə bir qədər zəif rəqiblərin qismət olduğunu deyib.
Milli komandamıza hazırlıq üçün hər cür şərait yaradıldığını deyən federasiya rəsmisi 3-4 boksçumuzun medallar uğrunda mübarizə apara biləcəyini vurğulayıb: “Milli komandamızın əsas heyəti Rusiya ilə birgə Çexov şəhərində təlim-məşq toplanışı keçdi. “2-ci nömrələr” isə İtaliyada yerli idmançılarla birgə məşq etdilər. Federasiya tərəfindən yığmaya hər bir şərait yaradılıb. Gerisi artıq boksçuların öhdəsindədir. Bu heyətdə 3-4 idmançı var ki, Avropa çempionatında medal qazana bilər. Amma hər şeyi rinq göstərəcək”.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada keçirilən qitə çempionatında 40 ölkənin 250-dək boksçusu mübarizə aparacaq.
