17 iyun 2011 16:36

Millimiz AÇ-dəki rəqiblərini tanıdı

Türkiyənin Ankara şəhərində boks üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Avropa Boks Federasiyasının prezidenti Umberto Furqoni, Türkiyə Boks Federasiyasının prezidenti Eyyub Gozgəz və digər rəsmi şəxslər iştirak edib.
 
Püşkatma mərasimində Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyev və milli komandanın məşqçiləri də təmsil olunublar.
 
49 kq-da mübarizə aparan  Salman Əlizadə ilk görüşdə ukraynalı Denis Kozarukla üz-üzə gələcək. 52 kq-da Elvin Məmişzadənin rəqibi yerli idmançı Selcuk Eker olacaq. Əgər həmyerlimiz qalib gələrsə, növbəti mərhələdə rusiyalı 3 qat Avropa çempionu Qeorqi Balakşinlə qarşılaşa bilər. 56 kq-da komandamızın ən təcrübəli üzvü Rəhim Nəcəfov bolqarıstanlı təcrübəli idmançı  Detelin Dalakliyevlə qarşılaşacaq. Dalakliyev hələ 2003-cü ildə Tailandda keçirilmiş dünya çempionatında bürünc medal qazanıb. Həmin yarışda Ağası Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 60 və 64 kq-da yarışan  Elvin İsayev və Heybətulla Hacəliyev latviyalı boksçularla qarşılaşacaqlar. İsayev  Artom Latvasla,  Hacəliyev isə Artur Axmetovla üz-üzə gələcək. 69 kq-da Osman Əliyevin rəqibi  sloveniyalı Ervin Brulç olacaq. 75 kq Rahib Bəylərov ilkin mərhələdən azaddır. O, növbəti  mərhələdə  Litva təmsilçisi Vladimir Milevski ilə görüşəcək.  Ramil Əliyev (81 kq) ilk döyüşünü rusiyalı Nikita İvanova  qarşı keçirəcək. Medal ümüdlərimizdən olan  Teymur Məmmədov (91 kq) Avropa çempionatının mükafatçısı macarıstanlı  Yozef Darmoşla döyüşəcək.  Superağır çəkidə  Fərid Paşayevin rəqibi isə   sebiyalı Milutin Stankoviç olacaq. Yarışın ilk günündə Salman Əlizadə, Elvin Məmişzadə və Elvin İsayev rinqə çıxacaqlar.                                 
 
Qeyd edək ki, komandaya dəstək olmaq üçün Olimpiya oyunlarının bürünc mükafatçıları Şahin İmranov və Vüqar Ələkbərov da Ankaraya gediblər. Bundan başqa şəxsi məşqçilər – Nazim Mirhüseynov, Vidadi Tağıyev, İlham Alimcanov, Hüseyn Bağırov, Elbrus Rzayev də Türkiyə paytaxtına səfər ediblər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.