10 iyun 2011 17:31
Ağası Məmmədov qəzaya uğradı
Toy şənliyindən qayıdan boks üzrə dünya və Avropa çempionu Ağası Məmmədov qəzaya uğrayıb. Azerisport.az xəbər verir ki, idmançıya məxsus 10 FF 009 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil, qarşı tərəfdən gələn “VAZ 2107” markalı avtomobillə toqquşub.
Qəza zamanı “VAZ 2107”nin sərnişini olan 27 yaşlı Şabran rayon sakini Vəfadar Mikayılov dünyasını dəyişib, 6 nəfər xəsarət alıb. Qəza zamanı Ağası Məmmədov sükan arxasında olmayıb. Onlar Qusar rayonunda onun qohumu Bəhruz Məmmədovun qız toyundan qayıdırmışlar. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qeyd edək ki, boks üzrə dünya çempionu Ağasi Məmmədov bundan öncə 2005-ci ildə - Afina olimpiadasından 1 il sonra ağır qəza keçirmiş, uzun müddət komada qalmışdı.
