10 iyun 2011 17:04

Millimizin Türkiyəyə gedəcək heyəti açıqlandı

Türkiyənin Ankara şəhərində keçiriləcək boks üzrə Avropa çempionatında çıxış edəcək milli komandamızın heyəti məlum olub. Azerisport.az xəbər verir ki, yığmamız yarışda tam tərkibli heyətlə (10 boksçu) mübarizə aparacaq.
 
Turnirə baş məşqçi Yevgeni Kotov və məşqçilər - Nəriman Abdullayevlə Ruslan Xairovun  rəhbərliyi altında Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Osman Əliyev (69 kq), Rahib Bəylərov (75 kq), Ramil Əliyev  (81 kq), Teymur Məmmədov (91 kq) və Fərid Paşayev  (91+kq) yollanacaqlar.
 
Hazırda Moskvaətrafında  Çexov şəhərində Rusiya komandası ilə birgə təlim-məşq toplanışı keçən millimiz birbaşa Ankaraya səfər edəcək. Komandamız qitə çempionatına əsasən gənclərdən təşkil olunmuş heyətlə yollanacaq. Millimizin heyətində yaşı 20-ni keçmiş cəmi 3 idmançı var – Rəhim Nəcəfov (24 yaş), Rahib Bəylərov (26) və Ramil Əliyev (22 ).
 
Yarışın əsas favoritlərindən sayılan Rusiya millisi Türkiyəyə son ölkə çempionatının gümüş mükafatçılarını aparır. Bununla belə, şimal qonşumuzun heyətində 3 qat Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Qeorqi Balakşin (52 kq), Avropa çempionatının gümüş medalçısı Maksim Koptyakov kimi tanınmış boksçular da var. Nikolay Xromov əsas heyəti Bakıda keçiriləcək lisenziya xarakterli dünya çempionatına gətirəcək.
 
Ankara Spor Salonunda keçiriləcək yarış iyunun 17-də start götürəcək. Bundan bir gün öncə isə ümuni çəki prossesi və püşkatma olacaq. Avropa çempionatına iyunun 24-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.