6 iyun 2011 15:07

Millimiz İtaliya ilə dueldən məğlub ayrıldı

İtaliyanın Stintino şəhərində təlim-məşq toplanışında olan boks üzrə milli komandamızın ikinci heyəti İtaliya yığması ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, ilk görüşdə Rusiyanın Sankt-Peterburq şəhərinin komandasını 6:2 hesabı ilə məğlub etmiş boksçularımız meydan sahiblərinə ciddi müqavimət göstərə bilməyiblər.
 
Belə ki, 8 döyüşün yeddisində italyanlar qalib gəlib. Komandamızdan yalnız 17 yaşlı Tural Əhmədov (49 kq) öz görüşünü qələbə ilə başa vurub. Həmyerlimiz Aleks Ferramoskanı 17:9 hesabı ilə məğlub edib. Təssüff ki, bundan sonra rinqə çıxan boksçularımız italiyalı rəqiblərinə uduzublar. İtaliya komandasının heyətində Olimpiya və dünya çempionu Roberto Kammarelle (91+kq), dünya çempionu Domeniko Valentino (60 kq), və Olimpiya oyunlarının bürünc mükafatçısı Vinçenzo Pikardi (52 kq) kimi güclü idmançılar olub.
 
49 kq
Aleks Ferramoska (İtaliya) 9:17 Tural Əhmədov (Azərbaycan)
 
52 kq
Vinçenzo Pikardi (İtaliya) 17:7 Məhəmməd Abdulhəmidov (Azərbaycan)
 
60 kq
Domeniko Valentino (İtaliya) 15:12 İmil İksanov (Azərbaycan)
 
64 kq
Vinçenzo Mangiakapre (İtaliya) 17:4 İsmət Eynullayev (Azərbaycan)
 
69 kq
Danilo Kreati (İtaliya) 14:7 Emil Məhərrəmov (Azərbaycan)
 
75 kq
Luka Kapuano (İtaliya) 13:8 Emil Əhmədov (Azərbaycan)
 
81 kq
Simone Fiore (İtaliya) 14:5 Vətən Hüseynli (Azərbaycan)
 
91+kq
Roberto Kammarelle (İtaliya) 20:2 Asim İsgəndərov (Azərbaycan)
 
Qeyd edək ki, İtaliya toplanışında milli komandamızın “2-ci nömrələr”i iştirak edirdilər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.