4 iyun 2011 14:56
Azərbaycan – Rusiya 6:2
Boks üzrə milli komandamızın ikinci heyəti İtaliyanın kurort şəhəri Stintinoda ilk görüşünü keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Rusiyanı təmsil edən Sankt-Peterburq şəhərinin dəri əlcək ustaları ilə qarşılaşıb.
AİBA-nın icraçı direktoru Xo Kim və İtaliya Boks Federasıyasının prezidenti Franko Falçinellinin də izlədiyi döyüş 8 çəki dərəcəsi üzrə keçirilib. Komandamız Rusiya boksçularını 6:2 hesabı ilə məğlub edib.
64 kq çəki dərəcəsində mübarizə aparan İsmət Eynullayev Artyom Sofinə, 91 kq çəki dərəcəsində yer alan Asim İsgəndərov isə Anton Futnikova uduzub. Digər bütün görüşlərdə boksçularımızın inamlı qələbəsi qeydə alınıb.
Xatırladaq ki, yarışın ilk günündə İtaliya komandası Rusiyanı 8:1 hesabı üstələmişdi. Millimiz növbəti görüşünü iyunun 4-də Bakı vaxtı ilə 23:30-da İtaliyaya qarşı keçirəcək.
49 kq
Tural Əhmədov (Azərbaycan) 16:5 Orxan Tazanhani (Rusiya)
52 kq
Məhəmməd Abdulhəmidov (Azərbaycan) 7:1 Camal Badrutdinov (Rusiya)
60 kq
İmil İksanov (Azərbaycan) 13:12 Artyom Sofin (Rusiya)
64 kq
İsmət Eynullayev (Azərbaycan) 12:13 Artyom Sofin (Rusiya)
69 kq
Emil Məhərrəmov (Azərbaycan) 11:6 Maksim Zinovyev (Rusiya)
81 kq
Vətən Hüseynli (Azərbaycan) 17:9 Marat Musin (Rusiya)
91 kq
Abdulqadir Abdullayev (Azərbaycan) 22:13 Viktor Qorohov (Rusiya)
91+kq
Asim İsgəndərov (Azərbaycan) 6:21 Anton Funtikov (Rusiya)
