2 iyun 2011 13:53

İtaliya – Azərbaycan dueli Rai Sportda

İtaliyanın Stintino şəhərində 3 ölkənin boks üzrə milli komandalarının görüşləri ilə bağlı dünən mətbuat konfransı keçirilib. Azerisoirt.az xəbər verir ki, jurnalistlər önünə təşkilatçılarla yanaşı, İtaliya komandasının məşqçisi Culio Kolleta, Rusiyanı bu yarışda təmsil edən Sankt-Peterburq şəhərinin məşqçisi Oleq Kuzmin və milli komandamızın çalışdırıcısı Nəriman Abdullayev çıxıblar.
 
Təşkilatçılar Sardinya bölgəsində son illər boksun inkişafı ilə bağlı böyük işlər görüldüyünü bildiriblər. Kolleta Avropa çempionatı öncəsində güclü rəqiblərlə yaxşı hazırlıq keçmək imkanı qazandıqlarını qeyd edib.
 
Nəriman Abdullayev İtaliyaya milli komandamızın “ikinci nömrələri”nin gəldiyini deyərək, onlara özlərini göstərmək üçün imkan yaratdıqlarını vurğulayıb.
 
Qeyd edək ki, İtaliya komandasının heyətində Olimpiya və dünya çempionu Roberto Kammarelle (91+kq), Olimpiya oyunlarının bürünc mükafatçısı Vinçentso Pikardi (52 kq), dünya çempionu Valentino Domeniko (60 kq) kimi tanınmış idmançılar yer alıb.
 
Yarışın keçirildiyi günlərdə (2-4 iyun) Sardinyada festifal təşkil olunacağından İtaliya Boks Federasiyası bayram ab-havası yaratmağa çalışıb. Belə ki, həmin ərəfədə Stintinoda italiyalı peşəkar boksçuların iştirakı ilə döyüş də keçiriləcək.
 
Yarışa yerli mətbuatın da marağı böyükdür. İyunun 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 23.30-da başlayacaq İtaliya – Azərbaycan görüşü RAİ SPORT2 kanalından videoyazı şəklində təqdim olunacaq.
 
Məşqçi Nəriman Abdullayev və Ruslan Xairovun rəhbərliyi altında İtaliyada Tural Əhmədov (52 kq), Məhəmməd Abdilhəmidov (52 kq), İmil İksanov (60 kq), İsmət Eynullayev (64 kq), Emil Məhərrəmov (69 kq), Emil Əhmədov (69 kq), Vətən Hüseynli (81 kq), Abdulqadir Abdullayev (91 kq) və  Asim İsgəndərov (91+kq) rinqə çıxacaqlar. Komandamız İtaliya və Rusiya ilə qarşılaşmalar başa çatdıqdan sonra iyunun 12-ə kimi Stintinoda qalaraq, yerli idmançılarla toplanış keçəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.