1 iyun 2011 01:38
Yığmamızın Ukraynaya gedəcək heyəti açıqlandı
İyunun 6-dan 12-dək Ukraynanın Berdiçev şəhərində Olimpiya çempionu Vladimir Kliçkonun mükafatları uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda yerli boksçularla yanaşı, Belarus, Gürcüstan, Qazaxıstan, Ermənistan, Moldova, Rusiya, Rumıniya, Türkmənistan, Türkiyə, Özbəkistan və Azərbaycan komandalarının da iştirakı gözlənilir.
Gənclərdən ibarət milli komandamız Ukraynada bütün çəki dərəcələrində təmsil olunacaq. Baş məşqçi Şamil Alimcanov və Vidadi Tağıyevin rəhbərliyi altında ənənəvi yarışa Orxan Süleymanov (49 kq), Ramal Yusifzadə (52 kq), Salman İbrahimov (56 kq), Pərviz Bağırov (60 kq), Coşqun Əliyev (64 kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq), Rəvan Əliyev (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Heydər Heydərov (91+kq) yollanacaq.
