29 may 2011 12:08
Məcidovla Migitinov olimpiadaya lisenziya qazana bilmədi
Mayın 27-də və 28-də Çin Xalq Respublikasında boks üzrə WSB liqasının fərdi döyüşləri keçirilib. Azerisport.az xəbər verir ki, London Olimpiadasına lisenziya uğrunda görüşlərdə Azərbaycan milli komandasının 2 üzvü – Məhəmmədrəsul Məcidov (91+kq) və Soltan Migitinov da (73 kq) iştirak edib.
Məcidov cümə günü italiyalı Klemente Russo ilə qarşılaşıb və məğlubiyyətlə barışmalı olub. Migitinov isə şənbə günü Ukrayna idmançısı Sergey Derevyançenkonu məğlub etməyə çalışsa da, buna nail ola bilməyib.
Qeyd edək ki, fərdi döyüşlər hərəsi 3 dəqiqə olmaqla 7 raunddan ibarət idi. İdmançılarımız bu məğlubiyyət nəticəsində həm də Olimpiadaya vəsiqəni əldən vermiş olublar.
