24 may 2011 18:30

"Olimpiada xatirinə hər şey edəcəm ki, dünya çempionuna qalib gəlim"

Mayın 27-i və 28-də Çində Ümumdünya boks seriyası (WSB) turnirinin finalı keçiriləcək. Turnirdə şəxsi hesab üzrə olimpiya vəsiqələri uğrunda mübarizə gedəcək. Azerisport.az xəbər verir ki, Londona olimpiyadasına bilet uğrunda təmsilçimiz Azərbaycan boks yığmasının üzvü Məhəmmədrəsul Məcidovdur (91 kq). Onun rəqibi italiyalı Klemente Russodur. Bu ərəfədə Məcidov öz ümidlərindən və WSB-də, “Baku fires” klubunda çıxışından danışıb.
 
- Siz bu il Ümumdünya boks seriyası turnirində debüt etdiniz. Turnirin səviyyəsini və rəqabət dərəcəsini mövsümün sonunda necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, Ümumdünya həvəskar boks assosasiyası belə bir yarışı təşkil etməklə gözəl təşəbbüslə çıxış etdi. Bu, hər bir boksçuya özünü ən yüksək səviyyədə göstərmək və karyera pilləsini artırmaq imkanıdır.
 
-  WSB turniri sizin üçün nə deməkdir?
- Bu turnirdə iştirak mənim üçün özünəməxsus çağırışdır.
 
- Sizin üçün ən çox hansı döyüş yaddaqalan olub?
-  Mən hər hansı bir konkret görüşü deyə bilmərəm. Keçirdiyim bütün yeddi görüş mənim üçün xüsusi olub. Bu döyüşlərdə mən təcrübə toplamışam və ustalığımı daha da artırmaq üçün həvəs əldə etmişəm. Hər bir döyüş - gözəl xatirələr və təəssüratlardır.
 
- Mövsümün əvvəlində siz artıq şəxsi hesablar üzrə turniri qazanmaq imkanlarınız haqda düşünürdünüz?
- Əvvəlcədən bu, mənim məqsədim idi. Sevinirəm ki, finala çıxa bilmişəm. İndi yekun döyüşü uğurla başa vurmaq qalır. Axı ortada olimpiyadaya vəsiqə var. Mənim məqsədim - həmişə birinci olmaqdır.
 
- Ancaq bunun üçün siz Olimpiyadanın gümüş mükafatçısı və dünya çempionu Klemente Russonu məğlub etməlisiniz. Döyüşə necə hazırlaşırsınız?
- Bu görüş müəyyənedici olacaq və ona görə də hazırlıq buna müvafiq aparılır. Qələbə qazanmaq üçün hər şey edəcəyəm.
 
- Döyüşə hazır olduğunuzu hiss edirsiniz?
- Nəyisə yaxşılaşdırmaq üçün həmişə imkan var. Buna görə də demək olmaz ki, tam hazıram. Mükəmməlliyin sərhəddi yoxdur.
 
- WSB finalından sonra planlarınız barədə deməzsiniz?
- Gəlin bu barədə qarşıdakı döyüşdən sonra danışaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.