10 may 2011 17:46
Azərbaycanın ən güclüləri müəyyənləşdi
Ən güclü boksçuların seçmə yarışına yekun vurulub. Azerisport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin son günündə 10 çəki dərəcəsində final qarşılaşmaları keçirilib.
Son Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə yarışın ən gənc iştirakçısı Tural Əhmədovu minimal üstünlüklə məğlub edib. Rəhim Nəcəfovla Şaban Şahpələngov arasında döyüş də finalın maraq doğuran qarşılaşmalarından idi. Gənclər arasında dünya birinciliyinin qalibi Şahpələngov təcrübəli rəqibinə layiqli müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib. Uzun illər milli komandamızın kapitanı olmuş Emil Məhərrəmov bu yarışda da 2-ci yerlə kifayətlənməli olub. 2005-ci ilin dünya çempionatının mükafatçısı son ölkə çempionatında olduğu kimi yenə də Sadiq Eynullayevə uduzub. 91 kq çəki dərəcəsində milli komandamızın “1 nömrəsi” olan Teymur Məmmədov WSB liqasında “Baku Fires”in heyətində yarışmış Abdulkadir Abdullayevi 7:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Final görüşlərinin nəticələri:
49 kq
Salman Əlizadə 19:1 Orxan Süleymanov
52 kq
Tural Əhmədov 0:1 Elvin Məmişzadə
56 kq
Rəhim Nəcəfov 9:5 Şaban Şahpələngov
60 kq
Elvin İsayev 4:1 İmil İksanov
64 kq
İsmət Eynullayev 0:1 Heybətulla Hacəliyev
69 kq
Emil Məhərrəmov 1:6 Sadiq Eynullayev
75 kq
Rahib Bəylərov – Murad Ağamalıyev (Qələbə Bəylərova verilib)
81 kq
Vətən Hüseynli 2:1 Ramil Əliyev
91 kq
Teymur Məmmədov 7:2 Abdulkadir Abdullayev
+91 kq
Fərid Paşayev 6:2 Asim İsgəndərov
