9 may 2011 12:48
Ən güclülərin dueli: ilk gündə gözlənilməz nəticələr
Bakı İdman Sarayında boks üzrə “Ən güclülərin seçmə yarışı” start götürüb. Azerisport.az xəbər verir ki, turnirdə hər çəki dərəcəsində milli komandanın üzvləri və namizəd olan idmançılar mübarizə aparır.
Yarışın ilk günündə boks həvəskarları 19 döyüşün şahidi olublar. Yalnız 69 kq çəki dərəcəsində Rəsul Dibirov – Emil Məhərrəmov qarşılaşması vaxtından əvvəl başa çatıb. Uzun illər milli komandamızın kapitanı olmuş Məhərrəmov 1-ci raundda rəqibini nakauta salıb.
Dünya və Avropa çempionatının mükafatçısı, Pekin Olimpiya oyunlarının iştirakçısı Samir Məmmədovla gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngovun da görüşü böyük maraq doğururdu. Şahpələngov təcrübəli rəqibini 9:2 hesabı ilə məğlub edib.
on Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə də ilk döyüşünü qələbə ilə başa vurub. Sumqayıt təmsilçisi martda keçirilmiş “Böyük İpək Yolu” turnirinin gümüş mükafatçısı Ramal Yusifzadə üzərində 5:0 hesabı ilə qələbə qazanıb.
“Böyük İpək Yolu” turnirinin qalibi olmuş Anar Cəfərov (64 kq) isə Qismət Eynullayevə uduzaraq, yarışdan kənarda qalıb – 3:4. Günün digər gözlənilməz nəticəsi də 64 kq çəki dərəcəsində qeydə alınıb. Son ölkə çempionatının qalibi Tamerlan Abdullayev Nurlan Məmmədova 6:8 hesabı ilə uduzub. WSB liqasında “Baku Fires” komandasının heyətində çıxış etmiş Heybətulla Hacəliyev və Romal Amanov da yarışa qələbə ilə başlayıblar.
52 kq
1. İbrahim Əkbəri - Cavid Çələbiyev - 2:10
2. Ramal Yusifzadə - Elvin Məmişzadə - 0:5
56 kq
3. Samir Məmmədov - Şaban Şahpələngov - 2:9
4. İnşallah Alışov - İlkin Ağayev - 0:3
60 kq
5. Elnur Əliyev - Kamran Musayev - 3:6
6. Elşən İsmayılov - Namiq Hüseynov - 7:1
7. Tapdıq Bayramov - Emil İksanov - 0:1
64 kq
8. Tamerlan Abdullayev - Nurlan Məmmədov - 6:8
9. Qismət Eynullayev - Anar Cəfərov - 4:3
10. Heybətulla Hacəliyev - Ruslan Qasımov - 4:1
11. Mehdi Mehdiyev -Romal Amanov- 1:7
69 kq
12. Rəsul Dibirov – Emil Məhərrəmov (Məhərrəmov nokautla qalib gəlib)
13. Emin Əhmədov - Əli Məmmədov - 4:0
14. Fəqan Hüseynov - Sadiq Eynullayev - 6:8
75 kq
15. Rahib Bəylərov - Rauf Rəhimov - 2:1
16. Yolçu Zeynalov - Sənan Rzayev - 9:2
17. Murad Ağamalıyev - Rza Əmiraslanov - 3:0
18. Tural Adıgözəlov - Fərid Ağayev - 1:2
91 kq
19. Hafiz İsgəndərov - Zamiq Atakişiyev - 3:1
Qeyd edək ki, “Ən güclülərin seçmə yarışı”na mayın 10-da yekun vurulacaq. Qalib və finalçılar milli komandanın heyətinə cəlb olunacaq.
