18 aprel 2011 15:00

“Ermənilər bizim boksçuya ədəbsiz jest göstərdilər”

“Baku Fires” boks klubu WSB Liqasının yarımfinalında Fransada “Paris Yunayted” klubu ilə keçirdiyi cavab görüşündə böyük ədalətsizliklə üzləşib. Azerisport.az xəbər verir ki, bu barədə komandamızın baş məşqçisi Həmzət Ağayev Azərbaycan Boks Federasiyasının rəsmi saytına açıqlamasında bildirib.
 
O, “Baku Fires”in 0:5 hesablı məğlubiyyətində hakim səhvlərinin rolunu qabardıb: “Paris United” – “Baku Fires” qarşılaşması canlı yayımlandığından hamı orada nələrin baş verdiyini gördü. 85 kq çəki dərəcəsində mübarizə aparan Rizvan Əlimuradov Hrvoje Sepi məğlub etmişdi. Amma 2 avropalı hakim 48:47 hesabı ilə qələbəni rəqibə verdi. Halbuki argentinalı referi Əlimuradovun 50:45 hesabı ilə qələbə qazandığını qeydə aldı. Hakimlər arasında bu dərəcədə fikir ayrılığı necə yarana bilər? 4-cü raunddan sonra 2 avropalı hakim hesabın bərabər olduğunu bildirib. 5-ci raundda da Əlimuradov rəqibindən zəif təsir bağışlamadı. Amma həmin 2 hakim nədənsə, fikrini dəyişdi”.
 
Ağayev Parisdəki qeyri-obyektivliklə bağlı WSB Liqasına etiraz məktubu göndərdiklərini bildirib: ”Biz Rizvan Əlimuradovun görüşünün nəticəsinin ləğv olunmasını istəyirik. Bununla yanaşı, Mişel Tavares – Soltan Migitinov döyüşü ilə də bağlı protest vermişik. Həmin görüşdə də hakim səhvləri olub. WSB Liqasının obyektiv qərar qəbul edəcəyinə ümid edirik. Əgər Parisdə 1:4 hesabı ilə uduzsaydıq, finala biz vəsiqə qazanacaqdıq. Çünki xal fərqində üstünlük bizim tərəfimizdə idi. Bu mövsüm “Baku Fires” liqanın ən yaxşı komandalarından idi. Hakim qərəzi ucbatından liqa ilə ayrılmaq istəməzdik. Bu mövsüm bizə böyük dəstək olan federasiya rəhbərliyinə, boks həvəskarlarına təşəkkür edirəm”.
 
“Baku Fires”in baş məşqçisi Fransadakı ermənilərin idman sarayına gələrək, “Paris United”ə dəstək olduqlarını söyləyib: “Onlar kənardan müxtəlif sözlər ataraq, bizim boksçuları təxribata çəkmək istəyirdilər. Ona görə də Əlimuradov əsəblərini cilovlaya bilmədi. Azarkeşlər boksçumuza ədəbsiz jest göstərdilər. Görüşdə sonadək bizə dəstək olan azərbaycanlı azarkeşlərə təşəkkür edirəm”.
 
Qeyd edək ki, “Baku Fires” ilk görüşdə “Paris United”i 4:1 hesabı ilə məğlub etsə də, cavab qarşılaşmasında 0:5 hesabı ilə uduzub. WSB Liqası komandamızın etirazına aprelin 19-da baxacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.