17 aprel 2011 02:03
Əli İsmayılov yenə nokauta düşdü
Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov uğursuz döyüşləri sırasına daha birini əlavə edib. Azerisport.az xəbər verir ki, WBS kəməri uğrunda döyüşdə İsmayılov İspaniyanın “Plaza de Toros” arenasında David Kinonero ilə qarşılaşıb.
Kinonero 5-ci raundda Əlini təslim olmağa məcbur edib. Bu dəfə də texniki nokaut qeydə alınıb.
Qeyd edək ki, bu, artıq idmançımızın ardıcıl üçüncü belə məğlubiyyətidi. Namizədlik döyüşündə argentinalı Pablo Ernandesə yenilən həmyerlimiz, sonradan polşalı Mateuş Masternaka da qaşının partlaması üzündən məğlub olmuşdu.
