22 mart 2011 15:51

Azərbaycanlı boksçu Türkiyəyə getdi, acdı sandığı, tökdü pambığı

Azərbaycanda bir çox dərəcəsi olmasına rəğmən milli komandaya alınmadığını irəli sürən boksçu Vicay Məmmədov, bundan sonrakı karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, o, bu haqda şok açıqlamaları qardaş ölkə mətbuatına müsahibəsində verib.
 
Özünün çempion olmasına rəğmən kənarda qalması halında ikinci və üçüncü olanların əsas komandaya dəvət almasına üsyan edən Məmmədov bunları dilə gətirib: "5 il kikboksinqlə məşğul oldum. 3 dəfə çempion oldum. Sonra boksa başladım. Çempion olsam da, məni milli komandaya çağırmadılar. Sərt döyüşdüyümü bəhanə etdilər. Azərbaycanda kimin yaxını, maliyyə gücü varsa, milli komandanın məşqlərinə gedir. Maddi cəhətdən imkanı olanlar yüksəlir, qalanları isə çempion olsa da belə, əzilir”.
 
“Xalam Malatyada bir türkiəli ilə evlidi. Ona görə də Türkiyədə boksla məşğul olmaq üçün xalamın yanına gəldim. Xalam məni Gənclik və İdman müdürlüyü məşqçilərindən Aziz Bayduzla tanış etdi. O, Türkiyədə uğur qazanmağın yollarını başa saldı. Məni çalışdıracağını və çempionatlara aparacağını bildirdi”.
 
Aziz Bayduz da Vicayın durumundan danışıb: "Vicayın lisanziya işləri üçün müvafiq qurumlarla əlaqəyə girdik. Türkiyə Boks Federasiyasını da xəbərdar etdik. Vicay, artıq klubumuz adına dövüşəcək. Azərbaycan Boks Federasiyasından yazı istədik, göndərdilər. Vicay, ölkəsində böyük təzyiq görmüş. Çempion olmasına rəğmən önəm verməmişlər. Burada ona baş verənləri unutduracağıq”.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.