31 yanvar 2011 17:38
Kəmaləddin Heydərov: İnanıram ki, biz buna nail olacağıq
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Bakıda keçiriləcək dünya çempionatına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu günkü tədbirdə çıxışı zamanı bunları dilə gətirib:
“2012-ci il London Yay Olimpiadasına qazandığımız lisenziyaların sayı 2008-ci il Pekin olimpiadasındakı kimi 2 olmayacaq. Daha çox olacaq. Hər çəkidə lisenziya qazanmaq məqsədimizdi. İnanıram ki, biz buna nail olacağıq. Təbii ki, lisenziya almaq təkcə idmançıların üzərində deyil. Məşqçilər, federasiya rəsmiləri də çalışmalıdılar. Kütləvilik nəticələr üçün stimul olacaq. Hər bir idmançının qarşısındakı məqsəd qızıl medal qazanmaq olur. Hərə döyüşə gedəndə yüksək məqsəd uğrunda yarışır”.
