31 yanvar 2011 16:38
AİBA DÇ-nin təşkilatçılığını rəsmən Bakıya verdi
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu Bakıya gəlib. Azerisport.az xəbər verir ki, tayvanlı qonaq Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşüb.
Görüş əsnasında onlar bu ilin sentyabrında Bakıda start götürəcək boks üzrə dünya çempionatına dair müqaviləni rəsmən imzalayıblar. Qeyd edək ki, oktyabrın 10-dək davam edəcək dünya çempionatı 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
