24 yanvar 2011 13:57

Yevgeni Kotov yığmamızla ilk hazırlığa Zaqatalada başladı

Azərbaycan Boks Federasiyası milli komandanın fiziki hazırlığını yüksəltmək məqsədi ilə Zaqatalada 14 günlük təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, toplanışa 20-ə yaxın boksçu cəlb olunub ki, onların arsında gənclər də az deyil.
 
Boks üzrə milli komandamızın məşqçisi Nəriman Abdullayev hazırlığın Zaqatalada keçirilməsinin heç də təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, dağlıq ərazidə yerləşən Zaqatalada boksçuların fiziki hazırlığını yoxlamaq üçün hər cür şərait var.
 
İdmançılar gündə 3 dəfə məşqlərə cəlb olunur. Əsas məqsəd isə Macarıstanda keçiriləcək beynəlxalq turnirə hazırlıqdır. Bu dəfəki toplanışa ilk dəfə olaraq gənclərdən Salman Əlizadə, Şaban Şahpələngov və Elvin İsayev cəlb edilib.
 
Abdullayev hazırlığı da dəyərləndirib: “Zaqatala toplanışının ilkin nəticələrini yüksək qiymətləndirmək olar. Belə ki, boksçuların fiziki hazırlığı hər gün artmaqdadır. Bu da ilk növbədə onların dağlıq ərazidə məşqlərə cəlb olunmasından irəli gəlir. Sentyabrda Bakıda lisenziya xarakterli Dünya çempionatı keçiriləcək. Və biz indidən yığma komandanın üzvlərinin fiziki hazırlığını artırmaq  haqda düşünürük”.
 
Qeyd edək ki, Zaqatala toplanışı milli komandamızın yeni baş məşqçisi Yevgeni Kotovun ilk hazırlığıdır.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.