27 dekabr 2010 17:29
Yeni Azərbaycan çempionlarının adları müəyyənləşdi
Bakı İdman Sarayında keçirilən boks üzrə Azərbaycan çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, gənclər arasında dünya birinciliyinin mükafatçıları – Salman Əlizadə, Şaban Şahpələngov və Elvin İsayev daha təcrübəli rəqiblərinə məğlub olublar.
Uzun illər millimizin lideri olmuş Emil Məhərrəmov Sadiq Eynullayevlə görüşdə 0:9 hesabı ilə geridə olarkən, zədələnib və döyüşü davam etdirə bilməyib.
Bütün final görüşlərinin nəticələri isə belədir:
49 kq Elvin Məmişzadə (Sumqayıt-Sədərək) - Salman Əlizadə (Sədərək) - 7:5
52 kq İlkin Ağayev (Rabitə) - Şaban Şahpələngov (Qızıl Əlcək) 5:4
56 kq Rəhim Nəcəfov (Rabitə) - Elnur Əliyev (Rabitə) - 5:3
60 kq Heybətulla Hacəliyev (Rabitə) - Elvin İsayev (Rabitə) - 2:0
64 kq Tamerlan Abdullayev (Rabitə) - Nurlan Məmmədov (Lənkəran) - 8:3
69 kq Emil Məhərrəmov (Rabitə) – Sadiq Eynullayev (Rabitə) – (Məhərrəmov zədələndiyindən görüşü davam etdirə bilməyib)
75 kq Rahib Bəylərov (Əsədov-Rabitə) - Murad Ağamalıyev (Rabitə-Təhsil) – 3:1
81 kq Vətən Hüseynli (Rabitə) - Ramil Əliyev (Neftçi) - 7:0
91 kq Teymur Məmmədov (Rabitə) - Sərxan Cabbarov (Neftçi) - 7:3
+91 kq Fərid Paşayev (Rabitəçi) - Elçin İsmayılov (Neftçi İSM) 9:0
Beləliklə, başa çatan ölkə çempionatında komanda hesabında “Rabitə” İdman Cəmiyyətinin boksçuları birinci, “Neftçi” İSM 2-ci, “Sədərək” klubu isə 3-cü olub.
