25 dekabr 2010 12:39

Ölkə çempionatının yarımfinalçıları müəyyənləşib

Bakı İdman Sarayında keçirilən boks üzrə Azərbaycan çempionatında yarımfinalçıların adı məlum olub. Azerisport.az xəbər verir ki, 14 final mərhələsində də demək olar ki, gözlənilməz nəticələr qeydə alınmayıb.
 
Favoritlər bu dəfə də öz görüşlərini qələbə ilə başa vurublar. 52 kq çəki dərəcəsində gənclər arasında dünya çempionu, yeniyetmələrin ilk Olimpiya oyunlarının gümüş mükafatçısı Salman Əlizadə Kamran Vəlizadəni 10:2 hesabı ilə məğlub edib. Dünya və Avropa çempionatının mükafatçsı, Pekin Olimiadasının iştirakçısı Samir Məmmədov da yarımfinala vəsiqə qazanıb. O, İnşallah Alışovu 5:2 hesabı ilə üstələyib. Sinqapur Olimpiadasının daha bir gümüş mükafatçısı – Elvin İsayev də (60kq)  qələbə seriyasını davam etdirir. İsayev Elnur Zedynalov üzərində 11:0 hesabı ilə qələbə qazanıb. Digər favoritlərdən Ruslan Qasımov (60 kq), Heybətulla Hacəliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Məhərrəmov (69 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərob (75 kq), Kamran Mehdiyev (81 kq), Vətən Hüseynli (81 kq), Elçin Əlizadə (91 kq), Teymur Məmmədov (91 kq), Hafiz İsgəndərov (91 kq) və Fərid Paşayev də yarımfinala vəsiqə qazanıblar. WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Rəhim Nəcəfov da adını yarımfinalçılar sırasına yazdırıb. Bu dəfə onun rəqibi Biləsuvar təmsilçisi – Yalçın Əzimli rinqə çıxmaqdan imtina edib.
 
Yarımfinal mərhələsində boks həvəskarlarını maraqlı döyüşlər gözləyir. 60 kq çəki dərəcəsində İmil İksanov Elvin İsayevlə, Ruslan Qasımov isə Heybətulla Hacəliyevlə üz-üzə gələcək. 91 kq çəki dərəcəsində isə Teymur Məmmədovla Hafiz İsgəndərovun görüşü böyük maraqla gözlənilir.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.