23 dekabr 2010 12:06
Favoritlər itkisiz irəliləyir
Bakı İdman Sarayında boks üzrə Azərbaycan çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günündə də müxtəlif çəki dərəcələrində ilkin mərhələnin görüşləri keçirilib.
Qələbəyə namizədlərdən yalnız 2009-cu ildə Milanda keçirilmiş Dünya çempionatında iştirak etmiş Nihat Seyidov (56 kq) mübarizəni dayandırıb. O, Elnur Əliyevə 1:9 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb. Digər favoritlərdən Samir Məmmədov (56 kq), Elvin İsayev (60 kq), Ruslan Qasımov (60 kq), Heybətulla Hacəliyev (60 kq), İmil İksanov (60 kq), Əhməd Dzaurov (64 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Teymur Məmmədov (91 kq) və Hafiz İsgəndərov (91 kq) .görüşlərini qələbə ilə başa vurublar.
WSB liqasında “Baku Fires”in heyətində mübarizə aparan Rəhim Nəcəfov (56 kq) isə mübarizəsiz növbəti mərhələyə yükcəlib. Onun rəqibi Masallı boksçusu Saleh Şəmiyev rinqə çıxmaqdan imtina edib.
Qeyd edək ki, yarışlara dekabrın 26-da yekun vurulacaq.
