22 dekabr 2010 13:01
İki həmyerlimiz Avropa Boks Konfederasiyasında
Avropa Boks Konfederasiyası (EUBC) komissiyasının yeni üzvlərinin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, komissiya üzvləri arasında Azərbaycan Boks Federasiyasının (ABF) da 2 üzvü yer alıb. ABF-nin birinci vitse-prezidenti Ağacan Abiyev Hakimlər Komissiyasında yer alıb. ABF-nin Hakimlər Komitəsinin sədri Niftalı Quliyev isə Yarışların Keçirilməsi Komissiyasının üzvü seçilib.
