20 dekabr 2010 15:27
Sabah yeni Azərbaycan çempionatı start götürəcək
Sabah Bakı İdman Sarayında boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, yarışda idman cəmiyyətləri, idman klubları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.
Ölkə çempionatında 150-ə yaxın boksçunun döyüşəcəyi gözlənilir. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar. WSB liqasında mübarizə aparan “Baku Fires” klubunun üzvlərindən yalnız Rəhim Nəcəfov yarışda iştirak etmək arzusunda olduğunu bildirib. Turnirin qaliblərinin adı dekabrın 25-də məlum olacaq.
