11 dekabr 2010 22:20
Baku Fires Koreya boksçuları üzərində də qələbə qazandı (YENİLƏNİB)
Bu gün World Series Boxing (Ümumdünya Boks Seriyası) Liqasında mübarizə aparan təmsilçimiz Baku Fires klubu üçüncü tur çərçivəsində Sərhədçi İdman Olimpiya Mərkəzində Cənubi Koreyanın İncheon Red Wings klubu ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, komandalar aşağıdakı heyətlər və cütlüklərlə mübarizə aparıblar:
54 kq: Məhəmməd Abdulhəmidov - Ju Seonq Kim
61 kq: Romal Amanov – Bahadırjon Sultonov
73 kq: Soltan Migitinov – Viktor Kontijuanski
85 kq: Ramazan Maqomedov – Reece Papuni
91+ kq: Beka Lobjanidze – Mixail Muntian
Saat 20:00-da başlayan ilk döyüş başa çatıb və 54 kq çəki dərəcəsində yarışan Məhəmməd Abdulhəmidov Ju Seonq Kim üzərində qələbə qazanıb - 1:0.
İkinci döyüşdə isə Romal Amanov Bahadırjon Sultonovla qarşılaşıb və məğlub olub - 1:1.
73 kq çəki dərəcəsində Soltan Migitinovun Viktor Kontijuanskiylə döyüşü də başa çatdı. Boksçumuz rəqibini aşkar üstünlüklə məğlub etdi - 2:1
85 kq çəkidə yarışan Ramazan Maqomedov Reece Papuni ilə döyüşdən qalib ayrılmaqla komandamızın ümumi hesabdakı qələbəsini rəsmiləşdirdi - 3:1.
Artıq Beka Lobjanidze ilə Mixail Muntian arasındakı sonuncu duel isə formal xarakter daşıyırdırdı. Buna baxmayaraq, komandamızın sonuncu üzvü də qələbə qazanmağı bacarıb - 4:1
Qeyd edək ki, Baku Fires bundan öncə keçirdiyi ilk iki görüşündə də qələbə qazanmışdı. Komandamız əvvəlcə Bakıda Çinin Beijing Dragons klubunu 5:0, Qazaxıstanda isə Astana Arlans`ı 4:1 məğlub etmişdi. İncheon Red Wings isə hər iki görüşdə məğlub olmuşdu.
