8 dekabr 2010 15:43
Yeni ölkə çempionatı dekabrın 21-də start götürəcək
Dekabrın 21-də Bakı İdman Sarayında boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, milli komandaya seçim xarakteri daşıyan yarışda ölkənin ən güclü boksçuları iştirak edəcək.
Azərbaycan çempionatında 10 çəki dərəcəsində 150-ə yaxın dəri əlcək ustasının mübarizə aparması gözlənilir. Yarışda WSB liqasında yarışan Baku Fires klubunun yerli boksçuları da öz gücünü sınayacaq. Turnirin qaliblərinin adı dekabrın 25-də məlum olacaq. Azərbaycan çempionatının həmişəki kimi yanvarda yox, bu ilin dekabrında təşkil olunması 2011-ci ildə lisenziya xarakterli yarışların keçirilməsi ilə bağlıdır.
Xatırladaq ki, gələn il London Olimpiadasına lisenziya verən dünya çempionatı Bakıda keçiriləcək.
