8 dekabr 2010 15:09
Azərbaycan – Cənubi Koreya: heyətlər açıqlandı
World Series Boxing (Ümumdünya Boks Seriyası) Liqasında mübarizə aparan təmsilçimiz Baku Fires`in dekabrın 11-də Sərhədçi İdman Olimpiya Mərkəzində keçirəcəyi Cənubi Koreyanın İncheon Red Wings klubu ilə qarşılaşması üçün heyətlər açıqlanıb. Azerisport.az xəbər verir ki, komandaların heyətləri aşağıdakı kimidir:
54 kq: Məhəmməd Abdulhəmidov - Ju Seonq Kim
61 kq: Romal Amanov – Bahadırjon Sultonov
73 kq: Soltan Migitinov – Viktor Kontijuanski
85 kq: Ramazan Maqomedov – Reece Papuni
91+ kq: Beka Lobjanidze – Mixail Muntian
Qeyd edək ki, Baku Fires keçirdiyi ilk iki görüşündə qələbə qazanıb. Komandamız əvvəlcə Bakıda Çinin Beijing Dragons klubunu 5:0, Qazaxıstanda isə Astana Arlans`ı 4:1 məğlub edib. İncheon Red Wings isə hər iki görüşdə məğlub olub.
