3 dekabr 2010 02:12
Əli İsmayılov Kuba boksçusuna qarşı
Peşəkar boksçu Əli İsmayılovun (22 döyüş; 18 qələbə - 13-ü nokautla; 3 məğlubiyyət - 2-si nokautla; 1 heç-heçə) növbəti döyüşü və döyüşün keçirilmə vaxtı təyin olunub. Azerisport.az xəbər verir ki, 18 dekabrda WBO versiyası üzrə dünya çempionu adı uğrunda Marko Huk və Denis Lebedev arasında keçiriləcək döyüşün anderkartı zamanı, İsmayılov WBA reytinq döyüşündə kubalı Pablo Ernandesə (22-1-0) qarşı mübarizə aparacaq. Döyüş Almaniyada baş tutacaq.
