7 avqust 2010 15:51
Mayk TAYSON: Sən həm zəif, həm güclü olmalısan
Azerisport.az dünya boksunun əfsanələrindən biri olan Mayk Tayson müsahibəsini ikinci hissəsinin qısalmış versiyasını sizə təqdim edir.
Məhəmməd Əlidən nəyi öyrənə bildiz?
Bilmirəm mənə inanarsız ya da ki yox, amma bütün bu "kəpənək kimi uç, arı kimi sanc" və poeziya məsələlərinə baxmayaraq, Əlidən mən əclaflığı öyrənmişəm. O boks tarixində ən əclaf boksçu olub. O bunu Formanla, Freyzerlə döyüşlərdə sübut etdi. Onların ikisi də nokaut ustaları idi. Ancaq Əli onları tələyə salırdı və lazım olan məqamda "qoşulurdu". Rəqiblər nun üzünə baxırdı, o isə qışqıra-qışqıra: "Mən [zərbə] səndən [zərbə] qorxmuram [zərbə]. [İki zərbə] Sən alçaqsan. Mən sənin Allahınam – mənə ibadət et. Mən ən böyükəm. [İki zərbə] Sən isə balaca uşaqsan". Əlidən başqa bunu heş kəs demirdi. Onun dediyi söyüşləri heç bir boksçu demirdi.
Boksun sizə verdiyi dərsləri – inad, qorxutma, səbir – həyatınızın növbəti mərhələsinə keçirə biləcəksinizmi?
Sözsüz. Lakin buna ağılla yanaşmaq lazımdı. Adi həyatda mən özümü rinqdəki kimi apara bilmərəm. Misal üçün, səninlə söhbətdə mən məcbur olmalıydım hücum edib, özümə isə deyəcəydimki, müdafiəni qırdım. Bunun nə mənası var? Növbəti sındırılmış kəllə mənim boynumda...
İntizam sizin üçün nədi?
Siz ən çox nifrət, lakin eyni zamanda ən çox sevdiyiniz bir şeyi edirsiz – buna intizam deyirəm.
Bəs sizdə bu necə alınır?
(Gülüt) İntizamla.
İntizamı kimdən öyrənmisiz?
Kus d`Amatodan (Taysonun ilk məşqçisi – azerisport.az).
Necə hesab edirsiz, sizin 1990-cı ildə Ceyms Duqlasda aldığınız ilk məğlubiyyətin səbəbi nə oldu?
Sadəcə olaraq, heçnə vecimə deyil idi. Mətbuatda olan bütün bu başlığlar... Boks heç vecimə deyil idi. Duqlas nokdaundan durandan sonra mənim üstümə cumdu. Məndə belə güc yox idi. Onu nokdauna göndərəndə də yox idi.
Bəs Evander Xolifild ilə döyüş haqqında nə deyə bilərsiz?
Başa düş, mən artıq boksnan maraqlanmırdım. O, və digər etdiyim hərəkətlərdə haqlı deyil idim, bilirəm. Lakin bunun artıq boksa heç bir aidiyyatı yox idi. Mən sadəcə onu şikəst etmək istəyirdim. Rinqdə heç biz işim yox idi. İki çempion kəmərini müdafiə etməliydim? Onlar mənim heç vecimə də deiyl idi. Mən artıq "yanmışdım". Onlar səni – yazıçı və yaradıcını – üç ilə həbsxanaya basırlar. O zamana isə boks mənim üçün əhəmiyyət kəsb etmirdi.
Onu qulağından dişləyən zamanı nə fikirləşirdiz?
Mən heçnə fikirləşmirdim. Heç döyüş öncəsi məşq də etməmişdim. Narkotikların üstündə idim, özümü tanrı hesab edirdim. Mən öz ailəm, uşaqlarım ilə olmalıydım.
Bir dəfə siz söylədiniz: "Mən heş vaxt rəqibin başını nışan almıram. Mən elə nişan alıram ki, mənim zərbəm onun başının içindən keçsin". Brüs Li də öz tələbələrinə deyirdi ki, rəqibin başının arxa hissəsini nişana almaq lazımdı.
Bəli, razıyam. Mən həmişə Brüs Liyə hörmət edəcəm. Lakin onun üsulu mənim heç vaxt cəlb etmirdi. Lakin bu onun fəlsəfəsidi: "Sən suya bənzər olmalısan. Su dünyanın ən yumşaq substansiyasıdı, eyni zamanda o dünyada ən dağıdıcı gücə malikdi". Sən həm zəif, həm güclü olmalısan. Təkcə güclü olmaq kifayət deyil. İdarə etmək istəyirsənsə, qulluq etməyə öyrən. Əgər sən krala qulluq etməmisənsə, o zaman sən necə biləcəksən ki, təbəədən nə tələb etmək olar? Bu çox dərin fikirdi. Brüs Li öz bütün həyatı boyu bir ifratçılıqdan digərinə qaçırdı. O xoşa gələməyən insan deyil idi. Amma insanlar belə baxışların tərafdarları deyillər. Lakin o perfeksionist idi.
Sizin kimi?
Mən ideallardan asılıyam. Həyatımın faciyəsi ondadı ki, mən xaosdan asılıyam. Mükəmməl xaosdan.
Həbsxanadan kənarda sizə nə qədər vaxt lazım oldu ki, tam aydın olaraq anladınız ki, siz azadsız?
Bu hələ ki baş verməyib. İndi mən özümü azad hiss edirəm. Lakin tam olaraq yox. Amma bu çox heyran doğurucu hissdi. Mənim pulum yoxdu. Mən artıq qlamur oğlan deyiləm. Mənim pullu dostlarım var: bu da elə görsənir ki, güya mənim özümün də pulum var. Məndə olan pulları unudun. Azdalıqla müqayisə olunan heç bir şey məndə yox idi. Lakin hər kəsin özünün yanında elə bir insan olmalıdı ki, o həmişə sənin tərəfində olacaq. Qələbə, məğlubiyyətlərə baxmayaraq. Həyat yoldaşım mənimlə elə yerlərdə yaşayıb ki... Mən fahişə olsaydım kliyentlərimi ora aparmazdım!
Deməli hər səhər siz ya tanrı, ya da ki zibilçi kimi durursuz?
(Gülərək) Bəli, bu mənəm! Tanrı ya da zibilçi.
