4 avqust 2010 15:55
Mayk TAYSON: Mən əsl donuzam
Azərisport.az dünya boksunun əfsanələrindən biri olan Mayk Tayson müsahibəsini ilk hissəsinin qısalmış versiyasını sizə təqdim edir.
20 il əvvəl siz planetin ən böyük və məşhur boksçulardan idiz. Həyatınızın ikinci aktına planlarınız varmı?
Həyatımın ilk mərhələsi əsl eqoizm laxtası olub. Layiq olmayan insanlara və özümə çox çey vermişəm. İndi mənim 44 yaşım var və mən başa düşürəm ki, bütün mənim ləhnətə gəlmiş həyatımı boşa vermişəm. "Dünyanın ən məşhur və böyük insanı"? Mən özümü təssəvvür etdiyimin heç yarısı da deyiliydim. Hal hazırda əgər hansısa bir plan varsa, o da verməklə bağlıdı – tamahsızlıq, layiq olan insanlara qayğı göstərmək. Çünki hesab edirəm ki, mən donuzam. Mənin başa düşülməyən bir cəhətim var – güzgüyə baxaraq deyirəm: "Donuza bir bax. Lazımsız bir heçnəsən".
Çox əzablı səslənir.
Heç də yox. Bu obyektiv fikirdi: mən donuzam! Buna görə də insanlar mənə öz sevgisindən danışanda mənim üçün bunu başa düşmək çox çətin olur. Mən özümü çirkin hesab edirəm. Bu insanlar məni qucağlamaq, toxunmaq istəyirlər, mən isə fikirləşirəm "öz namərdələrinizi məndən çəkin". Mən onların enerjisini hiss edirəm. Və orada əxlaqsızlıq və qətldən başqa heş bir şey yoxdu. Bu demək deyil ki, onlar mütləq pis insan olmalıdırlar. Sadəcə olaraq onlar həyatında nəsə pis bir şey ediblər və bunu da hiss etmək olar. Bu çirkinliyi üzərimnən yumaq üçün duşa girirəm. Yoxsa öz uşaqlarıma heç toxuna bilmərəm. Öz dördyaşlı qızımı itirəndən sonra isə, mən anladım ki, mən sadəcə insanlara xidmət etmək istəyirəm. Mən yardım etməliyəm.
Sizin sözlərinizə görə, ilk davanız göyərçinə görə olub.
Qeri Flauerz... Mən o vaxtlar göyərçiləri saxlayırdım. O isə mənim quşlarımın birini götürüb boynunu sındırdı. O əsl ...
Və məhz o vaxt başa düşdünüz ki, siz döyüşcüsüz?
O vaxt başa düşdüm ki, mən aktyorluğu, kütləyə oynamağı sevirəm. Ətrafda olan hər kəs qışqırırdı, əl çalırdı. Qələbə, bir-iki zərbə vurmaq çox şirin idi, lakin ən gözəli – hər kəs sənə alqışlayır. Və bütün illərimi mən bu alqışlar sədasının altında keçirmişəm. İndi isə bütün bunları geridə qoya bilərəm. İndi mən bu alqışlardan təkcə neqativ enerjini hiss edirəm. Sadəcə mən bilirəm ki, bunlardan mənə heç bir yaxşılıq yoxdu və mən belə həyat sürmək artıq istəmirəm. Dəyişmək istəyirəm.
Nəyə dəyişmək?
Bilmirəm. Yeganə bildiyim odur ki, mən burada olmamalıyam. Mən həbsxanada qətlə görə oturmalıyam. Mən artıq ölü olmalıyam, QİÇS-ə yoluxmalı idim ya da başqa bir şeyə.
Təsəvvür edə bilməzdiniz ki, siz 40 yaşa kimi çatacaqsız?
Mən heç 25 yaşa çatacağıma da inanmırdım. İnsanlar bir-birilərini sevməlidi, qayğı göstərməlidirlər. Məni düz başa düşün, mən heç vaxt pasifist olmamışam. Mən hələ də hirstənirəm, qışqırıram. Mən itaətdən danışa bilərəm, lakin mən rahib deyiləm. Demək istəyim odur ki, əgər insan deyir ki, o itaətə gəlib çıxıbsa, o özü-özünə etiraz edir.
Sizcə boksçu özünə inanmalıdı, iradəsi, "drayvı" olmalıdı?
Hər bir boksçu. Amma mənə oxşarı olmayıb. İnanın ki, mən bunu şişirdmirəm. Mən tarixdə olan hər bir böyük boksçunun döyüşünü təhlil etmişəm. Menecerimin Ketskildəki evində. Və deyim ki, onlarda o qədər hirs var idiki. Ceyk Lamotta, Qenri Armstronq, Karmen Bazilio, Şuqa Rey – ilahi, onlar hamısı əsl şərin nümunəsi idilər! Lakin ən dəhşətlisi Cek Dempsi idi. Bütün bu döyüşçülər əvvəlcədən bildiridilər ki, səni öldürmək istəyirlər; zərbə, zərbə, zərbə və zərbə endirirdilər. Cek Dempsi isə... O rəqibini şikəst etmək istəyirdi. O öldürmək istəmirdi, o əzab-əziyyət vermək istəyirdi. O gözü, çənəni, sümüylərini sındırmaq istəyirdi. Və bu boksçudan mən çox şeyi öyrəndim. Misal üçün, döyüşdən əvvəl rəqibi necə qorxudmaq lazımdı.
Mənbə: Details.com
