16 iyun 2010 10:54
Ata öz oğlunun itini yeyib
Bu, baş verməsəydi, biz hazırda dünyanın ən məşhur boksçularından birini bəlkə də tanımazdıq
Məşhur boksçu Menni Pakyaonun məşqçisi Freddi Rouç yetirməsinin gəncliyində baş vermiş fövqəladə hadisədən danışıb. Menninin bir neçə il evə gəlməyən atası evə gələrək oğlunun itini yeyib. Bundan sonra yeniyetmə evi həmişəlik tərk edib və avara həyat tərzi keçirməyə başlayıb. O, karton qutularda gecələyərək, mağazalardan şirniyyat alıb və bir qədər bahasına küçədə sataraq acından ölməməyə çalışıb. 14 yaşında isə peşəar boksçu olub və bununla da, özünü yoxsulluqdan qurtarıb.
İndi Pakyao öz istedadı sayəsində milyonçudur və bu yaxınlarda Filippinin konqresinə üzv seçilib. Vətənində onu həddən çox sevirlər. «Menni fanatları tərəfindən elə dəstəyə malikdir ki, mən bu cür sevgini heç vaxt görməmişəm, - Rouç belə deyib. – Buna şahid olmaq üçün mütləq Filippinə gəlmək lazımdır. Yadda saxlamaq lazımdır ki, bu oğlan yoxsulluqdan öz əməyi ilə bu səviyyəyə gəlib çata bilib».
