11 iyun 2010 13:27
Məmişzadə finala vəsiqə qazandı
azerisport.az xəbər verir ki, Moskvada davam edən boks üzrə Avropa çempionatında 48 kq çəki dərəcəsində çıxış edən Elvin Məmişzadə bu gün yarımfinal döyüşündə erməni Ovanes Danielyana 8:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb və ən azı qitə birinciliyinin gümüş medalını özü üçün təmin etməyi bacarıb.
