8 iyun 2010 11:41
Kliçkonun şərəfinə marka buraxılıb (FOTO)
Uğur qazanmış idmançıları və məşqçiləri medallarla təltif etmək adət halını alıb. Bəzən onlara orden verir və maşın da bağışlayırlar. Hətta mənzilə qədər də gedib çıxır. Bəzi hallarda isə bu ümumxalq məhəbbəti digər formalarda təzahür edir.
Məsələn, Avropa çempionatında İsveç komandası üzərində qələbə şərəfinə Rusiyanın milli futbol komandasının baş məşqçisi Quus Hiddinkə Krımda heykəl ucaldılıb.
Aydın məsələdir ki, Ukraynada boksçu Kliçko qardaşlarının da nailiyyətlərini əbədiləşdirməyə bilməzdilər. «Ukrpoçta» poçt xidməti iyunun 8-dən etibarən dövriyyəyə dünya çempionları Vitali və Vladimir Kliçko qardaşlarının şəkilləri həkk olunmuş poçt markalarını buraxıb.
azerisport.az xəbər verir ki, 40x28 mm ölçüdə və dəyəri 1,5 qrivna olan bu marka 170 min ədəd tirajla çap olunub. Markanın müdafiə elementi də var – ultrabənövşəyi şüa altında onun üzərində «Kliçko» sözü oxunmalıdır.
