8 iyun 2010 10:25
Daha iki boksçumuz qitə birinciliyində «tarix yazdı»
Rusiyanın paytaxtında davam edən boks üzrə Avropa çempionatında dünən daha iki rinq ustamız rəqiblərinə uduzub.
azerisport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində Heybətulla Hacıəliyev almaniyalı Denis Makarova 1:10, 91 kq çəki dərəcəsində isə Rəşad Abdullayev ukraynalı Denis Poyatsikiyə 2:20 (!) hesabı ilə məğlub olub.
