8 iyun 2010 16:14
Avropa birinciliyində bir boksçumuz qalıb, o da hələ rinqə çıxmayıb
Azərbaycan komandasında çıxış edən boksçu Mahəmməd Əbdülxəlilov (51 kq çəki dərəcəsi) Moskvada keçirilən Avropa çempionatının təşkilat komitəsi tərəfindən yarışlardan kənarlaşdırılıb.
azerisport.az saytının bildirdiyinə görə, Beynəlxalq Boks Federasiyasının (AİBA) qaydalarına görə, boksçu başqa ölkənin komandasının şərəfini birinci ölkəsinin şərəfini qoruduğu vaxtdan yalnız 3 il sonra qoruya bilər. Əbdülxəlilovda isə bu müddət hələ ki, 2 ilə bərabərdir.
Beləliklə, Avropa çempionatında cəmi bir boksçumuz qalıb. Bu, 48 kq çəki dərəcəsində yarışan Elvin Məmişzadədir. O isə hələ rinqə çıxmayıb.
