7 iyun 2010 10:39
Kim daha böyük hesabla uduzar?
Moskvada davam edən boks üzrə Avropa çempionatında azərbaycanlı boksçu Məhəmməd Abdulhəmidov (51 kq) nəhayət ki, komandamıza ilk qələbəni gətirib. azerisport.az xəbər verir ki, boksçumuz irlandiyalı Deklan Geratiyə 9:2 hesabı ilə qalib gəlib.
Digər boksçularımız isə dünən sanki «kim daha böyük hesabla uduzar» yarışına giriblər. Belə ki, Emil Məhərrəmov (64 kq) ukraynalı Aleksandr Klyuçkoya 3:11, Romal Amanov (60 kq) rinq sahibi Albert Səlimova 2:15, Fərid Paşayev (+91 kq) isə almaniyalı Teper Erkana 1:11 hesabı ilə uduzub.
