6 iyun 2010 15:27
Avropa çempionatının faciəvi startı
Dünən Moskvada boks üzrə növbəti qitə çempionatı başlayıb.
Rinqə çıxmış 4 həmvətənimizin hamısı elə ilk döyüşdə məğlub olublar. Belə ki, 69 kq çəki dərəcəsində Sadiq Eynullayev rumıniyalı İonut Georgeyə 7:9, 75 kq çəki dərəcəsində Rahib Bəylərov türk Adem Kılıççıya 3:9, 54 kq çəki dərəcəsində İlkin Ağayev italiyalı Vittorio Parinyelloya 2:6 hesabı ilə məğlub olublar. 81 kq çəki dərəcəsində isə Ramazan Məhəmmədov erməni Artur Xaçaturyana 2:7 uduzub.
Bu gün daha 4 boksçumuz yarışa qoşulacaqlar.
