2 iyun 2010 10:40
Ağacan Əbiyev: Moskvadan medal gözləmirəm
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Moskvada start götürən boks üzrə Avropa çempionatı ilə bağlı fikirləri ilə bölüşüb.
azerisport.az saytına müsahibəsində Əbiyev deyib: «Əgər komandamızın tərkibində Əli İsmayılov və Bakıda keçirilmiş yoldaşlıq matçında ABŞ komandasına 8:3 hesabı ilə qalib gələn boksçular olsaydı, deyərdim ki, Moskvadan medallar gözləyin. Lakin indi bunu deyə bilmirəm. Bu yığmaya ümid bəsləmək olar, amma ona vaxt lazımdır».
