4 may 2010 00:01
Azərbaycan DÇ-ni iki qızıl medalla bitirdi
Bakıda keçirilən yeniyetmələr arasında dünya çempionatında final döyüşləri baş tutub. Azerisport.az xəbər verir ki, rinqə çıxan hər iki azərbaycanlı boksçu görüşünü qələbə ilə başa vurub və Azərbaycanın aktivinə iki qızıl medal yazıb. Salman Əlizadə (48 kq) finalda Rayan Barnetti (İrlandiya) 9:4, Şaban Şahpələngov (51 kq) isə puerto-rikolu Emmanuel Rodriqesi 14:6 hesabı ilə məğlub edib. 57 kq-da isə Elvin İsayev bürünc medal qazanıb.
