3 may 2010 00:01
İki potensial dünya çempionu
Bakıda keçirilən yeniyetmələr arasında boks üzrə dünya çempionatında finalçılar müəyyənləşib. Azerisport.az xəbər verir ki, onların arasında iki azərbaycanlı boksçu da var.
Yarımfinalda Zahidcan Xurboyevə (Özbəkistan) qalib gələn Salman Əlizadə (48 kq) həlledici qarşılaşmaya vəsiqə qazanan ilk azərbaycanlı olub. Finalda onun rəqibi irlandiyalı Rayan Barnett olacaq.
Şabah Şahpələngov (51 kq) isə yarımfinalda Rusiya təmsilçisi Vasili Vetkindən güclü çıxıb. Təmsilçimiz qızıl medal uğrunda görüşdə Emmanuel Rodrigeslə (Puerto-Riko) döyüşəcək.
Mübarizəni dayandıran və yalnız bürünc medal qazanan azərbaycanlı boksçu isə 57 kq çəki dərəcəsində mübarizə aparan tək azərbaycanlı boksçu isə Elvin İsayevdir. O, kubalı Norlan Era Diasa yenilib.
