30 aprel 2010 00:01
Azərbaycan altı dəfə dünya çempionu ola bilər
Boks üzrə Bakıda davam edən yeniyetmələrin dünya çempionatında 1/8 final döyüşləri olub. Azerisport.az xəbər verir ki, rinqə çıxan yeddi azərbaycanlı boksçudan yalnız biri mübarizəni dayandırıb.
69 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov özbəkistanlı Əhməd Mamacanova məğlub olub. Digər boksçularımız – Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq), Elvin İsayev (57 kq), Kamran Baxşəliyev (60 kq), Vətən Hüseynli (75 kq) və Fərqan Ömərov isə (91 kq-dan artıq) öz döyüşlərini qələbə ilə başa vuraraq, 1/4 finala adlayıblar.
